Bakı. Trend:
Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir.
Trend xəbər verir ki, busözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalıkəndlərinin sakinləri ilə görüşündə söyləyib.
“Böyük Qayıdış” Proqramının başlanğıcının da Zəngilan rayonundaqoyulduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Birincikənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır vəçox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır”.