AZ

28 May qəsəbəsində yanğın başladı

Paytaxtın Binəqədi rayonunda güclü yanğın başlayıb.

 
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
 
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub
 
Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Seçilən
65
24
sitat.info

10Mənbələr