GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Niderlandın xarici işlər naziri David van Veel Ukraynanın enerji infrastrukturunun gücləndirilməsi məqsədilə 25 milyon avro həcmində yardım ayırdıqlarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə Kiyevə səfəri zamanı sosial şəbəkə “X”də paylaşım edib.
Onun sözlərinə görə, vəsait avadanlıqların alınması, təcili təmir işləri və qaz tədarükü üçün istifadə olunacaq.
Van Veel qeyd edib ki, “Rusiyaya qarşı güclü təzyiqin davam etdirilməsi həyati əhəmiyyət daşıyır.”
Bundan əvvəl Estoniya XİN rəhbəri Margus Tsahkna Ukraynanın enerji sektoruna 150 min avro, Norveç baş naziri Yonas Gar Störe isə təxminən 150 milyon dollar, İsveç isə Ümumdünya Bankı vasitəsilə 35 milyon avro məbləğində yardım ayırdıqlarını açıqlamışdılar.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.