AZ

“Bakıdan irəli gələn ideyalar region gündəliyini müəyyənləşdirir” - Tural İsmayılov

““3+3” formatının növbəti iclasının Azərbaycanda keçirilməsi ölkəmizin regional təşəbbüskarlığını və diplomatik liderliyini bir daha ortaya qoyur. Bu, faktiki olaraq Bakıdan irəli gələn ideyaların region gündəliyində həlledici rol oynadığını təsdiqləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşan “3+3” platforması Azərbaycan üçün strateji əhəmiyyət daşıyan diplomatik alət kimi çıxış edir və qonşu dövlətlərlə qarşılıqlı dialoqu gücləndirir. Azərbaycanın ev sahibliyi iqtisadi əməkdaşlıq və siyasi dialoq üçün əlverişli mühit yaradır. İclasın Bakıda təşkili formatda Azərbaycanın aparıcı rolunu və regionda sülh, əməkdaşlıq istiqamətində ardıcıl siyasətini bir daha önə çıxarır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, “3+3” platformasının növbəti iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Onun sözlərinə görə, görüşün keçirilmə qaydası hazırda Azərbaycanla müzakirə olunur və format qonşu ölkələrlə münasibətlərin inkişafı baxımından Ermənistan üçün vacibdir. Qeyd edək ki, əvvəlki iclaslar Moskva, Tehran və İstanbulda baş tutub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “3+3” platforması region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir.

Siyasi şərhçinin sözlərinə görə, Gürcüstanın platformaya qoşulmaması formatın ümumi fəaliyyətinə ciddi təsir göstərmir, çünki təşəbbüskar və istiqamətverici rol məhz Azərbaycana məxsusdur.

Seçilən
36
aznews.az

1Mənbələr