AZ

Ərdoğan tank təqdimatına xüsusi hazırlanmış limuzin tipli Togg la gəldi

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Kahramankazan rayonunda "BMC Ankara Tank və Yeni Nəsil Zirehli Maşınlar" İstehsalat Müəssisəsinin və ilk yeni "Altay" tanklarının təhvil verilməsi mərasiminə qatılıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Ərdoğan qatıldığı tədbirə xüsusi dizaynlı limuzin tipli "Togg T10X" avtomobili ilə gəlib.

Bildirilir ki, dörd sıra oturacaqları olan model "Togg"un xüsusi istehsal seriyalarından biridir.

Prezident Ərdoğanı mərasimdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və nəqliyyat naziri Abdulkadir Uraloğlu müşayiət edib.

Mərasimdə Bilal Ərdoğanın iştirakı da diqqət çəkib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
oxu.az

1Mənbələr