AZ

Hollandiya sabah seçkilərə gedir 

İyun ayında hökumətin immiqrasiya siyasətləri ilə bağlı fikir ayrılıqlarına görə dağılmasından sonra erkən seçkilərin təyin edildiyi Hollandiyada seçicilər oktyabrın 29-da parlament seçkiləri üçün sandıq başına gedəcək.

Busaat.az xəbər verir ki, ölkənin son dörd hökumətinin hamısı səlahiyyət müddətini başa vurmadan növbədənkənar seçkilər keçirib.

Sabahkı seçkilər öncəsi sorğular göstərir ki, ifrat sağçı Azadlıq Partiyası (PVV) liderlik edəcək, lakin heç bir partiya təkbaşına hökumət qurmaq üçün lazım olan 75 yeri əldə edə bilməyəcək.

Kampaniya zamanı mənzil böhranı, immiqrasiya siyasəti və tibbi sığorta xərcləri ən çox diqqət çəkən məsələlərdən idi. İfrat sağçı partiyaların vədləri və İsrailin Qəzzada törətdiyi soyqırımın potensial təsiri müzakirə olunarkən, Hollandiyanın tanınmış sorğu firması Ipsos I&O-nun baş tədqiqatçısı Asher van der Schelde seçki ərəfəsində danışıb.

Yeganə

 

Seçilən
35
busaat.az

1Mənbələr