AZ

HƏMAS daha bir girovun meyitini verəcək

Fələstinin HƏMAS hərəkatı daha bir israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcəyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə elan hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının Teleqram kanalında yayımlanıb.

“Mübadilə sövdələşməsi çərçivəsində biz bu gün yerli vaxtla saat 20:00-da (Moskva vaxtı ilə eyni – TASS) girovun cəsədini tibblərə təhvil verəcəyik”, – kanal bildirib.

Yeganə

Seçilən
46
busaat.az

1Mənbələr