AZ

“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə, şəbəkənin rəhbərliyindən reaksiya

“Bolmart” mağazalar şəbəkəsi guya fəaliyyətini dayandırdığı barədə xəbərlərə münasibət bildirib. 

Marja.az xəbər verir ki, “Bolmart” mağazalar şəbəkəsinin rəhbərliyi ağağıdakı açıqlamanı verib:

"Son günlər “Bolmart” mağazalar şəbəkəsi ilə bağlı sosial mediada və bəzi xəbər platformalarında yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, “Bolmart” mağazalar şəbəkəsi hal-hazırda bütün filialları ilə normal şəkildə fəaliyyətini davam etdirir.

Yalnız Səməd Vurğun 60 ünvanında yerləşən mağazamız müəyyən texniki və təşkilati səbəblərdən dolayı olaraq müvəqqəti fəaliyyətini dayandırmışdır. Sözügedən mağazamızda işlərin bərpası üçün  danışıqlar aparılır.

Eyni zamanda “Bolmart” mağazalar şəbəkəsinin heç bir filialında hər hansı rəsmi dövlət qurumu tərəfindən yoxlama və ya araşdırma aparılmamışdır. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Məsələ ilə bağlı bütün suallara aydınlıq gətirmək məqsədilə sabah keçiriləcək mətbuat konfransında ətraflı məlumat təqdim ediləcək.

“Bolmart” mağazalar şəbəkəsi olaraq müştərilərimizin etimadını yüksək qiymətləndirir və keyfiyyətli xidmət prinsiplərinə sadiq qalaraq fəaliyyətimizi davam etdiririk"

Seçilən
40
1
marja.az

2Mənbələr