AZ

Zelenskidən Rusiyaya təhdid - hücumlar genişləndirəcəyik, digər neft zavodlarını da vuracağıq...


Ukrayna prezidenti Zelenski Rusiya ərazisinə uzaqmənzilli hücumların əhatə dairəsini genişləndirməklə hədələyib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, Zelenski bu məsələni qərargah iclasında hərbi rəsmilərlə müzakirə edib və Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumları barədə brifinq alıb.

Zelenskinin açıqlamaları Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə qarşı hücum qabiliyyətini artırmaq və Rusiya müdafiə sistemlərini test etmək strategiyasının bir hissəsi kimi qəbul edilir. Ukrayna Qərbin təmin etdiyi uzaqmənzilli raketlər və öz dronlarla Rusiya ərazilərinə daha geniş şəkildə təsir göstərməyə çalışır. Bu, müharibənin dinamikasını dəyişərək Rusiyanın müdafiə planlarına əlavə təzyiq göstərmək məqsədi daşıyır.

Zelenski onu da bildirib ki, Ukraynanın Rusiyanın dərinliklərindəki neft emalı zavodlarına endirdiyi zərbələr təcavüzkarın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bu hücumlar nəticəsində Rusiya neft emalı gücünün 20 faizindən çoxunu və yanacaq istehsalının 22-27 faizə qədərini itirib. Ukrayna prezidenti qeyd edib ki, zərbələr nəticəsində bir neçə Rusiyanın neft emalı zavodu zədələnib və bu, işğalçıları yanacaq həcmini digər obyektlər arasında yenidən bölüşdürməyə məcbur edib: “Bərpa işlərinə başlayanda və nəqliyyat vasitələrinin növbələrini görəndə, həcmləri digər neft emalı zavodlarına payladılar. Buna görə də bizim vəzifəmiz tamamilə aydındır: istehsalını artırmağa başlayan digər neft emalı zavodlarında işimizi davam etdirmək”.

Onun sözlərinə görə, Rusiyanın dərinliklərindəki hədəflərə vurulan zərbələrin 90-95 faizi Ukrayna sistemləri tərəfindən həyata keçirilir.

Bu arada, Ukrayna Silahlı Qüvvələrinin PUA Sistemlərinin komandanı “Macar” ləqəbli Robert Brovdi Belqorod su anbarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Brovdi iddia edib ki, bənd Ukraynanın hücumu nəticəsində zədələnib.

TAHİR

Seçilən
37
baki-xeber.com

1Mənbələr