AZ

Maliyyə Nazirliyi 75 milyon manatlıq istiqraz satdı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyi tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil edib.

Maliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 74.7 milyon manat olub.

Maliyyə Nazirliyi tərəfindən 19.9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.5978 (illik 6.45%), kəsmə qiyməti isə 100.5055 (illik 6,5%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 30 sentyabr 2027-ci il tarixində başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
3
oxu.az

4Mənbələr