AZ

Müdirlərin səhər rutini: “Uğurlu gün elə səhərdən başlayır”

Uğurlu rəhbərlərin ortaq sirri - nizamlı səhər vərdişləridir.

 

Pravda.az bildirir ki, günə planlı və sakit başlamaq iş performansına birbaşa təsir edir.

 

Bir çox idarəçi günə erkən oyanmaqla başlayır. Onlar ilk 30 dəqiqəni telefondan uzaq, sakit mühitdə keçirməyə üstünlük verirlər. Bu zaman bəziləri meditasiya, digərləri isə idmanla məşğul olur.

 

Psixoloqlar deyirlər ki, səhər saatlarında özünə vaxt ayıran rəhbərlər gün ərzində daha az stress yaşayır və qərar qəbul etmə prosesində daha rahat olurlar. Ən çox tətbiq edilən səhər qaydalarına su içmək, qısa gəzinti etmək və günün əsas prioritetlərini yazmaq daxildir.

 

Mütəxəssislər hesab edir ki, bu cür nizamlı başlanğıc yalnız yüksək vəzifəli şəxslər üçün deyil, bütün işçilər üçün faydalıdır: “Səhər rutini insanın gün ərzində fokusunu və motivasiyasını artırır.”

 

Başqa sözlə, uğurlu günün başlanğıcı səhərdən atılan ilk addımla başlayır.

 

Əminə Bayramova


Tarix: 28 Oktyabr 2025, 17:56   
Seçilən
31
pravda.az

1Mənbələr