AZ

Qoca Əmiraslanovun evindən oğurluq edən şəxsə hökm oxundu (TƏFƏRRÜAT)

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinin rəhbəri Qoca Əmiraslanovun evindən külli miqdarda oğurluq edən şəxslərdən birinə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə mühakimə edilən Arif adlı həmin şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qoca Əmiraslanovun evindən oğurluğa görə Arif də daxil 3 nəfər saxlanılıb. Digər iki şəxs - E.Əhmədli və H.Məmişovla bağlı hansı tədbir görüldüyü barədə açıq mənbələrdə məlumat yoxdur. 

Oğurluğa gəlincə, Arifin məhkəməyə ibtidai istintaqa verdiyi ifadəsindən məlum olur ki, məlum cinayət E.Əhmədlinin təşəbbüsü ilə edilib. Bu şəxs Qoca Əmiraslanovun həyat yoldaşı İ.Əmiraslanovanın xalası oğludur. 

Hadisə də İ.Əmiraslanovanın doğum günündə baş verib. Bütün ailə doğum günü ilə bağlı təşkil olunan tədbirdə olarkən E.Əhmədli İ.Əmiraslanovanın maşınından evin açarlarını götürərək, Arifə verib. Sonuncu da H.Məmişovla birgə evə daxil olub. 

Qoca Əmiraslanovun evindən 60 000 manat nağd pul, 50 000 manat dəyərində isə qızıl-ziynət əşyaları oğurlanıb. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr