AZ

Rusiya Vyetnama dəmir yolu ÇƏKİR - FOTO

Rusiyanın ən qərb nöqtəsindən – Sankt-Peterburqdan yola çıxan bir qatar on minlərlə kilometr qət edərək bütün ölkəni keçəcək, Monqolustan və Çinə çataraq, oradan da Vyetnama yönələcək. 

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Vyetnam arasında dəmiryolu bağlantısının qurulması üçün işlərin davam etdiyini açıqlayıb. Overçuk, Malayziyada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) toplantıları çərçivəsində Vyetnamın Baş naziri Fan Min Çin ilə görüşüb. O, iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinə önəm verdiklərini bildirib: 

“Vyetnamla dəmiryolu bağlantısı qurmaq ideyası həyata keçirilir”.

Layihə çərçivəsində dəmir yolu xəttinin Çin ərazisindən keçməsi planlaşdırılır. Alternativ marşrut kimi Monqolustan üzərindən bağlantı seçimi də nəzərdən keçirilir. Görüşdə iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, bu il diplomatik münasibətlərin 75 illik yubileyinin qeyd olunması, enerji sahəsində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunub. 

Hər iki ölkə Rusiya neftinin Vyetnam neft emalı zavodlarına çatdırılması üçün birgə iş aparır. Mütəxəssislər bu dəmir yolu layihəsinin Rusiyanın Asiya-Sakit Okean bölgəsindəki nəqliyyat şəbəkələrini şaxələndirmə strategiyasının bir hissəsi olduğunu, Vyetnamın isə ənənəvi tərəfdaşlarla münasibətləri qoruyaraq çoxşaxəli xarici siyasət yürütməyə davam etdiyini bildirirlər. 

Layihə bölgədəki təchizat zəncirlərində yeni marşrutlar yaratmaq potensialına malikdir. Layihənin reallaşması Rusiya ilə Vyetnam arasında iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə artıra və regional əlaqəlilik şəbəkələrini gücləndirə bilər. 

Seçilən
41
cebheinfo.az

1Mənbələr