AZ

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova AzərbaycanRespublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsrolunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin vəsuverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlamentkonfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistanİslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani iləgörüşüb.

Görüşdə beynəlxalq parlament konfransının əhəmiyyətivurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərininmöhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təminolunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasındamühüm rol oynadığı qeyd edilib.

Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmizErmənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü vəsuverenliyini bərpa edib. Qeyd olunub ki, Prezident İlham Əliyevinsərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlikİli” elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm dərəmzi məna daşıyır.

Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq vəqardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrindərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eynizamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunvericiorqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalardaəməkdaşlığı yüksək qiymətləndirilib.

Söhbət zamanı, bu ay İslamabadda keçirilənAzərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü ÜçtərəfliGörüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksəkdəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin dahada genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Seçilən
169
25
az.trend.az

10Mənbələr