AZ

Tanınmış rusiyalı aktyor 40 yaşında vəfat etdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Tanınmış rusiyalı aktyor Roman Popov 40 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a aktyorun agenti İlya Novikov məlumat verib.

Popov daha çox "Rublyovkadan olan polis" serialındakı İqor Muxiç obrazı ilə tanınıb.

Aktyor xərçəng xəstəliyindən əziyyət çəkib, 2018-ci ildə ona bədxassəli beyin şişi diaqnozu qoyulub.

"SHOT" "Telegram" kanalı isə məlumat yayıb ki, komediya ustası ölümündən əvvəl iki həftədən çox komada olub.

Məlumata görə, aktyorun vəziyyəti oktyabrın 11-də kəskin pisləşib. O, ağır vəziyyətdə reanimasiyaya aparılıb və əməliyyat olunub.

Məhz bu prosedurdan sonra o, komaya düşüb və bir daha sağalmayıb. Popov xaricdən ona gətirilən dərmanlarla vəziyyətini yüngülləşdirməyə çalışıb.

"SHOT" həmçinin bildirib ki, sənətçinin ailəsi onun bahalı müalicəsini qarşılamaq üçün Moskva yaxınlığındakı evini satışa çıxarıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
oxu.az

3Mənbələr