AZ

Evdən xeyli pul oğurlayan qadın tutuldu

Naxçıvan Muxtar Respublikası Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Babək RPİ-yə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat və 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
19
day.az

10Mənbələr