BAKI, 28 oktyabr. TELEQRAF
Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Çinə rəsmi səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstanın baş diplomatı səfər çərçivəsində Pekində Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Görüşdə ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.