Fransanın birinci xanımı Bricit Makron haqqında saxta xəbərlər yaymaqda təqsirləndirilən şəxslər məhkəmədə hərəkətlərini söz azadlığı çərçivəsində satira hesab etdiklərini bildiriblər.
Bir neçə İT mütəxəssisi, bir rieltor, bir müəllim və bir sosial işçi də daxil olmaqla 10 əsas təqsirləndirilən şəxsdən yalnız yeddisi məhkəmə iclasında iştirak edib. Onların orta yaşı 50-dir. Dinləmələr iddiaçı Bricit Makronun iştirakı olmadan keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.
Qəzetin məlumatına görə, təqsirləndirilən şəxslər prezidentin həyat yoldaşına qarşı onlayn təqibdə iştirakı inkar ediblər. Onlar sosial media paylaşımlarını “ “Charlie Hebdo” jurnalı üslubunda qaranlıq yumor" adlandırıblar.
Onlar "prezidentin həyat yoldaşının cinsiyyətini dəyişməsi ilə bağlı onlayn paylaşımlarını birinci xanımın gördüyünə təəccübləndiklərini bildiriblər. Onların fikrincə, Makronun xanımı sosial mediadan istifadə etmir və “X” səhifəsi yoxdur. Təqsirləndirilən şəxslərdən biri Fransada yumor üçün xüsusi icazənin lazım olub-olmadığını soruşub: “O halda sosial media ölkədə qadağan olunmalıdır".
Təqsirləndirilən şəxslər hakimlərin “Paylaşımlarınızın prezidentin həyat yoldaşının ruhi sağlamlığına təsir etdiyindən xəbərdarsınızmı?” sualına məhəl qoymayıblar. Müstəntiqə göndərdiyi məktubda Bricit Makron sosial media paylaşımlarının "nəvələrinə əzab verdiyini və xaricə səfərləri zamanı bu mövzuda söhbətləri dinləməli olduğunu" yazıb.