2025-ci ilin oktyabrın 1-nə (sentyabr ayının yekunu) Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının cəmi öhdəlikləri 2,7 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Kredit ittifaqlarının cəmi öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 milyon manat, yəni 18,2%, ötən ilin sonuna nəzərən isə 0,1 milyon manat, yəni 3,6% azalıb.
Öhdəliklərin əsas hissəsini təşkil edən alınmış kreditlər illik müqayisədə 0,6 milyon manat (20,0%) azalaraq 2,4 milyon manat olub. Bu göstərici ötən ilin sonu ilə müqayisədə dəyişməyib. Ödəniləcək faizlər (0,1 milyon manat) və digər öhdəliklər (0,2 milyon manat) isə illik müqayisədə stabil qalıb.
Xatırladaq ki, kredit ittifaqlarının cəmi öhdəlikləri ötən ilin sonunda 2,8 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 3,3 milyon manat təşkil etmişdir.