AZ

Sabah qaz kəsiləcək -

Sabah İmişli rayonunun bir hissəsində qaz təchizatında fasilə olacaq.Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. "İmişli 2" ölçü qovşağından təbii qazla təmin edilən "Ağaməmmədli" daşıyıcı qaz kəməri üzərində quraşdırılmış diametri 200 mm-lik RDUK-tipli qaz tənzimləyicinin baypas xəttində, diametri 200-mm-lik "RDUK-2H-200" tipli yeni qaz tənzimləyici quraşdırılacaq.Bununla əlaqədar oktyabrın 29-da saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhərinin bir hissəsinin qaz təchizatı dayandırılıcaq.

Qaz təchizatının dayandırılcağı ərazilərə şəhərin Neftçilər, A.Şadlinski, 28 may, E.Qurbanov, Kür, Göygöl, G.Şıxlinski, Telestudiya, M.Sadıqcan, E.İbrahimov, A.Məmmədov, C.Dədəkişiyev, M.Rəsulzadə, S.Vurğun, İ.Əliyev, Natavan, Vidadi, Vaqif, S.Behrəngi, S.Əsədov, D.Qorqud, Qaradonlu, N.Şirinov, Şəhriyar, X.Şuşinski, Bülbül küçələri, həmçinin rayonun Rəsullu, Məhəmmədli, Yalavac, Cəfərli, Əliqulular, Muradxanll, Oruclu, Ağaməmmədli kəndləri (ümumilikdə 4 min 852 abonent) daxildir.

Seçilən
18
4
metbuat.az

6Mənbələr