ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tesla”nın rəhbəri İlon Mask 490 milyard dollardan artıq sərvəti ilə hazırda dünyanın ən varlı adamıdır.
Metbuat.az xəbər verir ki, şirkət isə onu “ilk texnologiya trilyoneri” etmək üçün böyük addım atmağa hazırlaşır. CNBC-nin məlumatına görə, İdarə Heyəti Mask üçün 1 trilyon dollarlıq ödəniş paketi təklif edib. Bu qərarın qüvvəyə minməsi üçün səhmdarların razılığı tələb olunur.
Maska təklif olunan ödəniş nağd pul deyil, səhmlər vasitəsilə həyata keçiriləcək. Bunun üçün “Tesla”nın bazar dəyəri 1,46 trilyondan 8,5 trilyon dollara qədər yüksəlməlidir. Plan reallaşarsa, Maskın şirkətdəki payı 13 faizdən 29 faizə qalxacaq.
Şirkət rəhbərliyi Maskın “Tesla”nın gələcəyini formalaşdıran əsas fiqur olduğunu bildirir. Lakin bu addım ətrafında ciddi mübahisələr də var. Tənqidçilər onun siyasi çıxışlarının şirkətin nüfuzuna zərər vurduğunu və bu qədər güc əldə etməsinin riskli olduğunu vurğulayırlar.
Beləliklə, səhmdarların qarşıdakı qərarı dünyanın ilk texnologiya trilyoneri olub-olmayacağını müəyyən edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.