AZ

Tramp ABŞ qoşunlarının gücünü qiymətləndirdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ölkənin dünya tarixinin ən güclü və qüdrətli ordusuna sahib olduğunu bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "RIA Novosti" xəbər verib.

Dövlət başçısı bu gün Yaponiyanın Yokosuka şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında olan "USS George Washington" təyyarə gəmisində hərbçilər qarşısında çıxış edib.

"ABŞ-nin dünya tarixində ən güclü və qüdrətli silahlı qüvvələri var. Bizimki kimi silahlı qüvvələr yoxdur, hətta yaxın belə gələn yoxdur. Heç kimdə bizdə olan silahlar da yoxdur", - deyə Tramp bildirib.

O, gələcəkdə ABŞ Silahlı Qüvvələrinin yalnız daha güclü və qüdrətli olacağına əminliyini ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr