“Stadion məsələsi təkcə “Şəfa”nın deyil, ümumi futnolumuzda bir problemə çevrilib. Artıq anlaşmamız var. Qoy bu sürpriz olaraq qalsın. Demək olar ki, 90 faiz bu məsələ həllini tapıb”.
Bu sözləri İdmanxeber.az saytına “Şəfa”nın prezidenti Sərdar Salmanzadə deyib. Klub rəhbəri daha sonra belə davam edib:
“İstəmirəm ki, müqaviləyə imza atmamış bunu açıqlayım. Bizim yanaşmamız budur. Amma belə deyim ki, Bakı üzrə stadion tikmək üçün ərazilər var. Mən stadion problemi olan klub rəhbərlərinə, bu işə yatırım etmək istəyən ivestorlara sizin vasitənizlə səslənirəm ki, torpaq sahəsi alıb və ya icarəyə götürüb yeni arenalar inşa edə bilərlər.
Bizim uzunmüddətlik torpaq sahəsi icarəyə götürmək və stadion tikmək fikrimiz var. Bu dövlətə aid torpaq olacaqsa, lap yaxşı. Həmin inşa olunacaq arena bir müddət sonra ölkə futbolu üçün faydalı olacaq”.