Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 368 min ədədə çatıb
2025-ci ilin sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı avqust ayına nisbətən 239 min ədəd artaraq 21 milyon 368 min ədədə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd olunub ki, bu göstərici 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 13 faiz yüksəkdir.
Hesabat dövründə ödəniş kartlarının tərkibində debet kartlarının sayı 16 faiz artaraq, 19 milyon 252 min ədədə çatıb. Debet kartların 3309 min ədəd sosial, 2921 min ədəd əməkhaqqı, 13022 min ədədi digər kartlar təşkil edir.
Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin 9-cu ayının sonunda kredit kartlarının sayı 7 faiz azalıb. Belə ki, kredit kartların sayı 2 milyon 273 min ədəddən 2 milyon 116 min ədədə enib.
Kartların sayının artması ölkədaxili nağdsız ödənişlərin həcminə təsir edib. Sentyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 8 milyard 898 milyon manat təşkil edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.