Bakı. Trend:
Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayışevlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub.
Trendxəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilənəməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdəşübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyənedilərək saxlanılıb.
Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraqoradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.