AZ

Dövlət Duması ilboyu hərbi xidmətə çağırış haqqında qanun qəbul edib

Rusiya hərbi qeydiyyat və komissarlıqlarına vətəndaşları il boyu hərbi xidmətə çağırmaq hüququ verilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Dövlət Duması müvafiq qanunu qəbul edib.

Yeni qaydalara əsasən, hərbi qeydiyyat və komissarlıqlara il ərzində hərbi qulluqçuların tibbi müayinələrini, psixoloji testləri və çağırış komissiyasının iclaslarını keçirmək səlahiyyəti veriləcək.

Lakin çağırışçıların xidmət yerlərinə göndərilməsi eyni qalacaq - ildə iki dəfə. Yaz çağırış dövrü 1 apreldən 15 iyula qədər, payız çağırış dövrü isə 1 oktyabrdan 31 dekabra qədər davam edəcək.

Musavat.com

 

 

Seçilən
17
musavat.com

1Mənbələr