AZ

“İsrail Qəzzada girov cəsədlərinin axtarışına mane olur” – HƏMAS

“İsrail hakimiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və onlarla əməkdaşlıq edən yerli qrupların Qəzza zolağında həlak olmuş israilli girovların cəsədlərini dağıdılmış binaların dağıntıları altından axtarıb xilas etməsinə mane olur”.

Busaat.az xəbər verir ki, bu iddia ilə HƏMAS rəsmisi çıxış edib.

“İsrail hakimiyyəti BQXK nümayəndələrinin və onlarla işləyən müqavimət qruplarının girovların cəsədlərini axtarmaq üçün Qəzza zolağına daxil olmasına icazə vermir”, – HƏMAS rəsmisi “Əl-Cəzirə” telekanalına deyib.

O, radikallarla İsrail arasında aparılan danışıqlarda iştirak edən vasitəçiləri BQXK mütəxəssisləri tərəfindən həyata keçirilən axtarış əməliyyatlarına görə məsuliyyət daşımağa çağırıb.

Yeganə

Seçilən
28
busaat.az

1Mənbələr