AZ

Azərbaycan Kubokunda mərhələ adlayan daha bir komanda bəlli olub

Bakı, 28 oktaybr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Karvan-Yevlax” Şamaxı şəhər stadionunda “Şəki Siti” ilə üz-üzə gəlib. 3:1 hesablı qələbə qazanan Yevlax təmsilçisi adını 1/8 finala yazdırıb.

Daha əvvəl “Kəpəz”, “İmişli”, “Şəfa” və “Baku Sportinq” komandaları mərhələ adlayıblar.

Qeyd edək ki, günün son oyununda “Turan Tovuz” “Dinamo” ilə qarşılaşacaq. II təsnifat mərhələsinin oyunlarına oktyabrın 29-da yekun vurulacaq.

Seçilən
98
1
azertag.az

2Mənbələr