AZ

ABŞ “Rosneft Almaniya”nı sanksiyalardan azad etdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ “Rosneft Almaniya” şirkətini Rusiyaya qarşı sanksiyalardan azad edib.

Axar.az xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Katerina Reyx deyib.

“ABŞ yazılı zəmanət verib ki, aktivlər artıq Rusiyanın nəzarəti altında olmadığı üçün Rusiyanın “Rosneft” şirkətinin alman biznesi yeni enerji sanksiyalarından azad olacaq. Artıq dünən gecə ABŞ “Rosneft”in Almaniyadakı əməliyyatlarının Rusiya ana şirkətindən tamamilə ayrı olduğunu etiraf edən zəmanət məktubu yayıb”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
axar.az

2Mənbələr