AZ

Tanınmış futbolçu qəza törətdi, əlil arabasında olan şəxs həyatını itirdi

BAKI, 28 oktyabr. TELEQRAF

İtaliyanın “İnter” klubunun qapıçısı Xosep Martines əlil arabasında olan 81 yaşlı kişini maşını ilə vurub.

Teleqraf xəbər verir ki, hadisə bu gün səhər saat 09:30 radələrində Komo yaxınlığındakı Fenegro ərazisində baş verib.

İlkin versiyaya əsasən, yaşlı şəxs özünü pis hiss etdikdən sonra istiqamətini dəyişib və nəticədə Martinesin avtomobilinin qarşısına çıxıb.

Qəzadan dərhal sonra Martines zərərçəkmişə ilkin yardım göstərsə də kişinin həyatını xilas etmək mümkün olmayıb.

İspaniyalı qapıçının özü xəsarət almasa da, hadisədən sonra ağır şok keçirib və polis tərəfindən ifadəsi alınıb.

Qəzanın təsiri ilə “İnter”in baş məşqçisi Kristian Kivu bu gün üçün nəzərdə tutulan mətbuat konfransını ləğv edib.

Seçilən
63
teleqraf.com

1Mənbələr