AZ

Mehdiabadda qəza: “Range Rover” “Mercedes”ə çırpıldı, sürücüsü ağır yaralandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 27-də gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Range Rover” markalı avtomobil, “Mercedes” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Range Rover” sürücüsünün anidən idarəetməni itirməsi olub. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib, “Range Rover”in sürücüsü ağır yaralanıb.

Qeyd edək ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
avtosfer.az

1Mənbələr