AZ

Qor və Landau Qazaxıstana səfər etdi

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qor və dövlət katibinin müavini Kristofer Landau Almatıya səfər ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Səfər zamanı Qazaxıstan-Amerika münasibətlərinin perspektivlərinin, həmçinin beynəlxalq və regional gündəlikdəki məsələlərin müzakirəsi üçün bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Sercio Qor və Kristofer Landau Qazaxıstanda fəaliyyət göstərən Amerika şirkətlərinin rəhbərləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüblər.

Seçilən
45
teleqraf.com

1Mənbələr