AZ

9 ayda mehmanxanalar 494 milyon manatdan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 494,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gəlirin 62,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,8 faizi ictimai iaşə xidmətlərindən, 2,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Seçilən
11
vergiler.az

1Mənbələr