Rusiyanın da Putin-Tramp görüşünün nəticə verəcəyinə dair zəmanətə ehtiyacı var.
Musavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya hələ də ABŞ-ın Alyaska sammitində müzakirə olunan təklifləri təsdiqləməsini gözləyir.
Nazir həmçinin bildiirb ki, yeni START müqaviləsinin uzadılması artıq gündəmdə deyil. Yeni strateji silah müqaviləsinin hazırlanması üçün isə Rusiya-Amerika münasibətlərinin yaxşılaşması vacibdir. Lavrov əlavə edib ki, Rusiya ümid edir ki, ABŞ Putinin təklifinə uyğun olaraq Yeni START məhdudiyyətlərinə əməl edəcək.
Bundan başqa, Lavrov Qərbin "Burevestnik" raketinin sınaqlarına reaksiyasını da şərh edib. "Hər kəs nədənsə susub", - o deyib.