“İnter”in ispaniyalı qapıçısı Xosep Martines ölümlə nəticələnən yol qəzasına səbəb olub.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçunun idarə etdiyi avtomobil bu səhər 81 yaşlı əlil arabasındakı kişiyə çırpılıb. Nəticədə yaşlı şəxs hadisə yerində həlak olub.
Xatırladaq ki, Martines 2024-cü ilin yayında “Cenoa”dan “İnter”ə 14 milyon avroya transfer olunub. O, bu mövsüm Milan klubunun heyətində 2 oyuna çıxıb.