AZ

“Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb

ABŞ tərəfindən 22 oktyabrda “Rosneft” və “Lukoil” kimi Rusiya enerji nəhənglərinə qarşı yeni sanksiyaların tətbiqi dünya neft bazarlarında ciddi dalğalanmalara səbəb olub.

Rusiya neftinin dünya bazarına yolu bağlandı – SANKSİYALAR İŞƏ DÜŞDÜ

FED.az xəbər verir ki, tətbiq olunan yeni sanksiyalar “Lukoil”i xarici aktivlərini satmaq qərarına gətirib. Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı təzyiq siyasətinin tərkib hissəsi kimi dəyərləndirilən bu sanksiyalar, ABŞ Prezidenti Donald Trampın qərarından sonra qüvvəyə minib. 

“Lukoil”in bu addımı xüsusilə Türkiyə, Rumıniya, Bolqarıstan və Azərbaycan kimi ölkələrdəki əməliyyatlarına təsir göstərəcək. Qeyd edək ki, şirkət ölkəmizdə 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası ilə fəaliyyət göstərir.  "Lukoil" hazırda Türkiyədə 600-dən çox yanacaqdoldurma məntəqəsi idarə edir. Digər yandan şirkət Bolqarıstanda 220-dən çox yanacaqdoldurma məntəqəsinə malikdir, Rumıniyada isə təxminən 310 stansiya şəbəkəsi mövcuddur.

Şirkət yayımladığı rəsmi açıqlamada bildirir: “Bəzi dövlətlər tərəfindən ‘Lukoil’ və onun törəmə şirkətlərinə qarşı tətbiq edilən məhdudiyyətlər səbəbindən şirkət beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcılardan daxil olan təkliflərin qiymətləndirilməsinə artıq başlanılıb.”

“Lukoil”in açıqlamasında həmçinin qeyd olunur ki, aktivlərin satışı OFAC tərəfindən verilmiş “wind down” (fəaliyyətin mərhələli dayandırılması) lisenziyası çərçivəsində həyata keçirilir. 

Seçilən
42
50
fed.az

10Mənbələr