AZ

Hindistan neft emalı zavodları Rusiya neftindən imtina edir

ABŞ sanksiyaları “Lukoyl” və “Rosneft”lə bağlı əməliyyatları iflic edib...

Poliqon xəbər verir ki, Hindistanın bir sıra neft emalı zavodları ABŞ-nin “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya neftinin alınmasını dayandırıb. Reuters Agentliyinin məlumatına görə, bəzi zavodlar artıq əvvəlcədən sifariş verdikləri partiyaları da ləğv ediblər ki, mümkün məhdudiyyətlər altına düşməsinlər.

Mənbələr bildirir ki, bir çox banklar artıq sanksiyalara məruz qalan məhsullarla bağlı ödənişləri həyata keçirməkdən imtina edir. Bunun nəticəsində Hindistanın ən böyük neft idxalçısı “Reliance Industries” şirkəti ABŞ-ın yeni məhdudiyyətlərinə tam əməl edəcəyini açıqlayıb.

Analitiklər qeyd edirlər ki, bu qərar Rusiya üçün ciddi iqtisadi zərbə ola bilər, çünki Hindistan son iki ildə Rusiya neftinin əsas alıcılarından birinə çevrilmişdi. Eyni zamanda, bu proses Asiyada Rusiya neftinin satış marşrutlarına və qiymət dinamikasına da təsir göstərə bilər.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr