AZ

Lavrov: Rusiya Aİ və NATO ya hücum etməyəcək, amma bunu təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırdır

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Rusiya Avropa İttifaqı (Aİ) və NATO ölkələrinə hücum etmək niyyətində deyil, amma Moskva bunu gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırdır".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir vurğulayıb ki, Rusiya dəfələrlə mövcud Aİ və ya NATO ölkələrindən heç birinə hücum etmədiyini və etmək niyyətində olmadığını bildirib.

"Biz bu mövqeyi Avrasiyanın bu hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırıq, lakin Aİ liderləri bu gələcək zəmanətlərin həqiqətən kollektiv əsasda nəzərdən keçirilməsindən yayınırlar", - deyə Lavrov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
oxu.az

1Mənbələr