AZ

Qərbi azərbaycanlıların qayıdışı: Brüsseldə konfrans keçirilib - FOTO

Avropanın “siyasi paytaxtı” Brüssel şəhərində Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququna həsr olunmuş beynəlxalq konfrans keçirilib. 

Beynəlxalq hüquqda qayıdış hüququ anlayışının ortaya çıxması, inkişafı və beynəlxalq hüquqda mülkiyyət və mədəni mirasın qorunması ətrafında müzakirələr aparılıb. Konfransda giriş nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli konfrans iştirakçılarına təmsil etdiyi qurumun yaranması, fəaliyyətinin əsas istiqamət və hədəfləri barəsində məlumat verərək, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından ötən əsrdə mərhələli və sistemli şəkildə didərgin salındığını diqqətə çatdırıb. 

O, çıxışında Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş siyasətin nəticəsində dəymiş maddi ziyanın milyardlarla dollar həcmində olduğunu, həmçinin maddi ölçüyə sığmayan çoxəsrlik mədəni mirasın məhv edildiyini bildirib. 

İdarə Heyətinin sədri çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistanın icma ilə dialoqa getməkdən imtina etdiyini vurğulayıb, İcmanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasi xəttə uyğun olaraq regionda sülh, əminamanlıq və birgəyaşayışı dəstəklədiyini, 8 avqust Vaşinqton görüşündə əldə edilmiş tarixi qərarların regionda barışı təmin edəcəyinə əmin olduqlarını diqqətə çatdırıb. 

Konfransda, həmçinin qərbi azərbaycanlıların tarixi torpaqlarında dağıdılmış mədəni mirasının nümunələrinə və abidələrinə dair fotosərgi nümayiş etdirilib. Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış çoxsaylı materiallar iştirakçılara paylanıb. Konfrans işini iştirakçıların mövzuya dair sualları ətrafında davam etdirib. 

Seçilən
41
15
cebheinfo.az

10Mənbələr