"Barselona"nın iki futbolçusu La Liqanın 11-ci turunda "Elçe" ilə matçda iştirak edə bilər.


Rekord.az xəbər verir ki, bunlar zədələri sağalan hücumçu Robert Levandovski və qapıçı Joan Qarsiyadır.


Polşalı forvard artıq komanda üzvləri ilə məşqlərə qoşulub. Qolkiperin durumu isə bugünkü hazırlıq prosesində qiymətləndiriləcək.


"Barselona" "Elçe" ilə noyabrın 2-də üz-üzə gələcək.