Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qolf villaları və rezidensiya kompleksini idarə edən “Xəyal Adası” MMC (Dreamland) 2024-cü ili 1 milyon 291 min manat xalis zərər ilə başa vurub. Şirkət 2024-cü ili 6 milyon 562 min manat xalis zərər ilə bağlamışdı. Göründüyü kimi, ötən il xalis zərər 5,1 dəfə azalsa da, hələ də “Xəyal Adası” şirkəti mənfəətin xəyalını qurur.
Marja.az xəbər verir ki, Şirkətin əsas əməliyyat gəliri 2023-cü ildə 36 milyon 491 min manat ikən, 2024-cü ildə 68 milyon 270 min manata yüksəlib (31 milyon 779 min manat və ya 87% artıb).

Ötən il “Xəyal Adası” MMC-də işlərin maya dəyəri, ümumi, administrativ və amortizasiya xərclər daha çox artdığından cəmi xərclər gəlirləri üstələyib.
31 dekabr 2024-cü il tarixində “Xəyal Adası” MMC 326 milyon 867 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 317 milyon 886 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonunda Şirkətin 10 milyon manata yaxın yığılmış zərəri olub.
Qeyd edək ki “Xəyal Adası” MMC 31 iyul 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin 30%-i və ya nizamnamə kapitalının 30 milyon manatı “Klovan” MMC-yə 70%-i və ya nizamnamə kapitalının 70 milyon manatı “Global Agro İndustry FZCO” şirkətinə məxsusdur.
“Xəyal Adası” MMC-nin nizamnamə kapitalı 100 milyon manat təşkil edir. Cəmiyyətin nizamnamə kapitalı 2019-cu ilin Fevral ayında 10 milyon manatdan 100 milyon manata yüksəldilib.
Cəmiyətin aşağıdakı törəmə müəssisəsi vardır:
1. “SUBİS SUN Beynəlxalq Məktəbi” MMC- Nizamnamə kapitalı 500 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir.
2. “SUBİS SUN Beynəlxalq Uşaq bağçası” MMC-Nizamnamə kapitalı 100 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir
3. 19 Catering MMC-in Nizamnamə kapitalı 50 000 AZN, 100% pay sahibliyi ilə nəzarət edir
“XƏYAL ADASI” MMC-in hüquqi ünvanı və faktiki ünvanı AZ1045,Bakı şəhəri Suraxanı rayonu,Hava Limanı-Zığ Şossesi, ev 20, 12-ci km-dir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.