AZ

“Xəyal Adası” mənfəəti xəyal edir - ZƏRƏRDƏN ÇIXA BİLMƏYİB

Qolf villaları və rezidensiya kompleksini idarə edən “Xəyal Adası” MMC (Dreamland) 2024-cü ili 1 milyon 291 min manat xalis zərər ilə başa vurub. Şirkət 2024-cü ili 6 milyon 562 min manat xalis zərər ilə bağlamışdı. Göründüyü kimi, ötən il xalis zərər 5,1 dəfə azalsa da, hələ də “Xəyal Adası” şirkəti mənfəətin xəyalını qurur.

Marja.az xəbər verir ki, Şirkətin əsas əməliyyat gəliri 2023-cü ildə 36 milyon 491 min manat ikən, 2024-cü ildə 68 milyon 270 min manata yüksəlib (31 milyon 779 min manat və ya 87% artıb).

Ötən il “Xəyal Adası” MMC-də işlərin maya dəyəri, ümumi, administrativ və amortizasiya xərclər daha çox artdığından cəmi xərclər gəlirləri üstələyib. 

31 dekabr 2024-cü il tarixində “Xəyal Adası” MMC 326 milyon 867 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 317 milyon 886 min manat cəmi aktivlərə malik idi. 

xəyaladasımmcdreamlandqolfvillalarırezidensiyaəməkdaşlıqiqtisadiyyatmaliyyəhesabatıxalizərərmənfəətgəlirlərinartımıxərcləraktivlərmarjaaz2024maya dəyəriadministrativxərcləramortizasiyagolfkompleksidaşınmazəmlakinvestisiyabakılüksyaşayışmaliyyəanalizi
Seçilən
37
marja.az

1Mənbələr