BAKI, 28 oktyabr. TELEQRAF
“Əgər Ermənistanda insanların sosial şəbəkələrdə söylədiyi fikirlərə görə mühakimə olunduğu belə bir təcrübə varsa, o zaman diqqətli və ayıq-sayıq olmaq lazımdır”.
Teleqraf xəbər verir ki, bunu oktyabrın 28-də İrəvanda Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Avronest) 12-ci plenar sessiyası zamanı Avropa Parlamentinin üzvü Naço Sançes Amor deyib.
“Demokratik ölkələrdə sosial şəbəkələrdə yazılanlara görə insanlar təqib olunmamalıdır. Ermənistan özünü Avropa İttifaqına üzvlüyə namizəd hesab edirsə, bu kimi məsələlərə diqqətli olmalıdır.
Ermənistanda hüquq sistemində böyük sovet mirası qalır və bu, aşağıdakı prinsipə əsaslanır: əvvəlcə onu həbsxanaya göndərin, sonra nə olacağını görəcəyik. Ədliyyə Nazirliyi bu irsə qarşı fəal mübarizə aparır”, - Avropa Parlamentinin deputatı qeyd edib.