İgiltərədə məktəblərdə təhlükəsizlik məsələləri ilə bağlı yeni tədbirlər görülür. Məlumata görə, ölkə məktəblərində təhlükəsizlik tədbirlərinin artırılması və təmir işlərinin aparılması planlaşdırılır. Məqsəd şagirdlərin təhlükəsiz mühitdə təhsil almalarını təmin etməkdir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu yenilik çərçivəsində məktəb binalarının struktur təhlükəsizliyi yoxlanacaq, təhlükəsizlik protokolları təkmilləşdiriləcək və təmir işləri ilə bağlı maliyyə dəstəyi təmin olunacaq.