AZ

Kənd sakinlərinin yuxusu niyə ərşə çəkilib? Polis hərəkətə keçdi + VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kənd sakinlərinin yuxusu ərşə çəkilib.

Bakupost.az xəbər verir ki, buna səbəb təsərrüfatlara gizlicə girən oğrunun mal-qaranı aparmasıdır.

Müəmmalı oğurluq hadisəsi müşahidə kameralarına düşüb.

Sakinlərin sözlərinə görə, iki kənddən ümumilikdə 28 baş xırdabuynuzlu, 20-dən çox at və 7 baş iribuynuzlu heyvan oğurlanıb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənlərin təsərrüfatlarına baxış keçirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
www.bakupost.az

1Mənbələr