Hamı bu savadsız həkimdən danışır -
Türkiyənin tanınmış aktyoru Oktay Kaynarcanın müəllifi olduğu "Kim milyonçu olmaq istəyir” verilişinə qatılan iştirakçının davranışı hamını təəccübləndirib. Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Universitetinin tibb fakültəsinin məzunu olan qadın “İnsan orqanizmində kütlə baxımından ən çox olan element hansıdır?” sualına cavab verə bilməyib. Sualın cavabını xatırlamadığını deyən iştirakçı kömək hüququndan istifadə edib. Amma bu dəfə də "oksigen" və "azot" variantları arasında seçim etməyə çətinlik çəkib. Xeyli daşınıb-düşünəndən sonra “azot” cavabını verən həkim doğru cavabın “oksigen” olduğunu öyrəndikdə məyus halda studiyanı tərk edib. Gənc xanımın həkim olmasına baxmayaraq, insan orqanizmi ilə bağlı sadə suala səhv cavab verməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Türkiyəli sosial şəbəkə iştirakçıları onu “savadsız” və “cahil” adlandırıblar.