AZ

İtaliya nəhənginin futbolçusu qəza törətdi: Ölən var

"İnter" klubunun qapıçısı Xosep Martines avtomobili ilə 81 yaşlı kişini vuraraq öldürüb.

Publika.az xəbər verir ki, bu barədə "Quicomo.it" məlumat yayıb.

Faciəvi hadisə bu gün - oktyabrın 28-i səhər saat 09:40 radələrində baş verib.

Mənbənin sözlərinə görə, zərbə çox güclü olub və xilasetmə xidmətinin dərhal müdaxiləsinə baxmayaraq, yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hadisə yerində qeydə alınıb. Hadisədən sonra yol fövqəladə xidmətlərin işi və araşdırmalar üçün müvəqqəti bağlanıb.

Hadisə ilə əlaqədar “İnter” baş məşqçi Kristian Kivunun saat 14:00-a planlaşdırılmış mətbuat konfransını təxirə salıb.

Seçilən
42
publika.az

1Mənbələr