ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Qazaxıstanın Atom enerjisi agentliyinin rəhbəri Almasadam Satkaliyev belə deyib. “Biz Qazaxıstan uranının müştərilərə - Finlandiyanın AES-lərinə çatdırılması imkanlarını müzakirə edirik. Biz bunu əvvəllər təklif etmişdik və onlar ciddi maraq göstərdilər. Bu səfər belə tədarüklərin həcmi və imkanları ilə bağlı praktiki danışıqlar aparmaq üçün çox yaxşı fürsətdir”, - Satkaliyev Finlandiya prezidenti Aleksandr Stubbun Astanaya rəsmi səfərini jurnalistlərə şərh edərkən bildirib. 
Almatıda terror aktının qarşısı alınıb | VİDEO
Bununla belə, Satkaliyev nə dəqiq həcmləri, nə də tədarüklərin başlanması üçün mümkün müddətləri dəqiqləşdirməyib. Dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstan ötən il 23 min 270 ton uran hasil edib. 2025-ci ildə ölkə 25-26 min ton uran hasil etməyi planlaşdırır. Özünün heç bir AES-i olmayan və nüvə yanacağı istehlak etməyən Qazaxıstanın uran ehtiyatları dünyanın təxminən 15%-ni təşkil edir. Bu parametr üzrə Qazaxıstan dünya üzrə yalnız Avstraliyadan geridədir. Xatırladaq ki, Nigerdən qovulduqdan sonra oradan uran almaq imknalarını itirən Ftansa prezidenti Emmanuel Makron bu strateji xammalın tədarükünün həcminin artıtılması xahişi ilə 2023-cü il oktyabrın sonunda məhz Qazaxıstana səfər etmişdi. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.