AZ

Xandanyan: Sülh bərqərar olub, amma...

BAKI, 28 oktyabr. TELEQRAF

“Artıq Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputat Sərkis Xandanyan deyib.

“Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub, bu sülhün davamlı olması üçün hər şey edilməlidir. Amma hələ də çoxsaylı həll olunmamış məsələlər qalır”, - o bildirib.

Xandanyanın fikrincə, kommunikasiyaların açılması və TRIPP proqramının həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Mərkəzi Asiyanı Avropa İttifaqına daha da yaxınlaşdıracaq.

“Bu, regionda təhlükəsizliyin dəyərli təminatıdır”, - deputat əlavə edib.

Seçilən
46
teleqraf.com

1Mənbələr