Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli küçəsində qayda pozan sürücü görüntülənib.
İzləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərərək xəbər verib. Belə ki, 90-YQ-283 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Kadrdan göründüyü kimi, sürücü avtomobili yolun ortasında saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb. Şikayətçi bildirib ki, bu səbəbdən sakinlər maşınlarını ərazidən çıxara bilməyiblər. O, sürücünün bir müddət əvvəl də eyni ərazidə avtomobili park edərək yolu bağladığını əlavə edib.
Yolun ortasında avtomobil saxlamaq həm hərəkəti çətinləşdirir, həm də qəza riskini artırır. Sürücülərdən tələb olunur ki, dayanma-durma qaydalarına ciddi riayət etsinlər və digər yol iştirakçılarının təhlükəsizliyini təmin etsinlər.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.